Bir Addim Lyrics & Tabs by Miri Yusif

Bir Addim

guitar chords lyrics

Miri Yusif

Album : Nirvana azerbaijan PlayStop

Əlini uzat, yox əlini burax
Gözünü bağla, sən ürəyinlə bax
Qucaqla, ağla, yadında saxla

Qovuşsun dodaqlar və göylə dağlar
Nağıla qonaq gedək bir öpüşlə
Bir addım irəli, bir addım geriyə
Bu sanki rəqs, uçuruq səninlə
Ümüdlə irəli, xəyallar geridə.
Nəqarət
Rəsmini görəndə, ismini duyanda
Sürətlənir nebzim
Bu deyil sevgi, bu deyil vərdiş
Bu artıq həyatın tərzi
Sevincim səninlə, kədərim içində
Yox edir səbrim

Bu artıq həyatın tərzi
Sevincim səninlə, kədərim içində
Yox edir səbrim
Ol mənim yanımda, daim
Məsafə tükədir səbri
2 Bənd
Hər an sən və mən, hər yan mən və sən
Dəyişmir hisslər dəyişsəm də mən
Ayrılmaz olur ləpələr dənizdə
Barışan olur külək sevgimizlə
Bərk tut sən qorxma güc var biləkdə
Qollarım qoruyar səni küləkdən
Görüşmüşəm bu gün bir mələklə
Qanadları salıb kürəyimizə fələklə.

Like us on Facebook.....
-> Loading Time :0.0065 sec